Ermənistan qızılgülləri Rusiyaya buraxılmadı

29
Noy
01:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistandan Rusiyaya aparılan 65 min ədəd istixana qızılgülü Lars keçid məntəqəsindən geri göndərilib.

Rusiya Federasiyasına daxil olarkən, gömrük postunda bitkilərin sanitariya normalarına uyğun olmadığı bildirilib.

Ermənistan mediasının məlumatına görə, “Rose Field” şirkəti üç ildir ki, Rusiya bazarı ilə işləyir. Lakin ilk dəfədir ki, belə pozuntular qeydə alınır.