İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.
Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə artan tələbatın yerli məhsullar hesabına ödənilməsi baxımından əhəmiyyətlidir”, - deyə o qeyd edib.
Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) Baku Stone Factory MMC-yə 60 min ₼ #güzəştlikredit ayrılıb. Şirkət bu vəsaitlə tikinti materiallarının istehsalı layihəsini həyata keçirəcək. Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə artan tələbatın yerli… pic.twitter.com/FyFCMq0BB1
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 4, 2023