Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində keçirilən toy mərasimlərinin birində qonaqlar arasında mübahisə düşüb.
Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.
Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
23:20
Göygöl rayon sakini toy mərasimində bıçaq xəsarəti alıb.
“Report”un məlumatına görə, 1972-ci il təvəllüdlü K.Əliquliyev Gəncə şəhərində keçirilən toy mərasimində bıçaqlanıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.