Avropa İttifaqının ən bədbəxt ölkəsi məlum olub

10
Dek
12:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstan Avropa İttifaqının ən bədbəxt ölkəsi olub.

Bunu Avropa Statistika Agentliyinin (Eurostat) məlumatları sübut edir.

Tədqiqat zamanı məlum olub ki, 2022-ci ildə sorğuda iştirak edən bütün avropalılar arasında həyatdan ümumi məmnuniyyətini on ballıq şkala üzrə 6 baldan az - 5,7 kimi qiymətləndirən yalnız bolqarlar olub.

Mütəxəssislər müəyyən ediblər ki, almanlar da hazırkı yaşayış səviyyəsindən tam razı deyillər - orta hesabla 6,5 ​​bal.

Reytinqdə birinci yeri Avstriya tutub. Bu Avropa ölkəsinin sakinləri xoşbəxtlik səviyyələrini 7,9 bal səviyyəsində qiymətləndiriblər. İkinci yeri Rumıniya, Polşa və Finlandiya bölüşüb - 7,7 xal.