Azərbaycan nefti cüzi bahalaşıb

12
Dek
10:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

seher.media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,01 dollar və ya 0,01% artaraq 80,22 ABŞ dollarına çatıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.