Ağsu rayonunun Yenilik kəndində xırdabuynuzlu heyvanlar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Qahir Eyvazov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, çoban işləyən Q.Eyvazov növbədə olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satıb. Keçirilmiş tədbirlərlə heyvanları satdığı şəxslər də müəyyən olunub və həmin xırdabuynuzlu heyvanlar sahiblərinə geri qaytarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.