Azərbaycan neftinin qiyməti artıb

15
Dek
09:36
thumb_down 0
446
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

seher.media xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 4,1% artaraq 81,5 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.