Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb. Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.