Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, 18-19 dekabrda Günəşdə tac kütləsi atılmasının (TKA) təsirinin davam edəcəyi, 22 dekabrda geomaqnit sahəsinin yenidən aktiv səviyyələrə qalxması, əlavə olaraq tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin də təsiri gözlənilir.