Tovuz rayonunda, 33 ildir inşa olunan Qədirli kənd tam orta məktəbinin təmirə ehtiyacı var.
Belə ki, məktəb binasının xarici görkəmi kifayət qədər böyük və əzəmətli görünsə də içərisi acınacaqlı vəziyyətdədir.
Burada qış aylarında sinif otaqları yanacaqla qızdırılır.
Valideynlər bildirirlər ki, sözügedən təhsil ocağına qonşu kəndlərdən də şagirdlər gəlir.
Məktəb isə 780 şagird yerlik olsa da hazırda 400-dən çox şagird təhsil alır.
Daha ətraflı “ATV Xəbər”in süjetində: