Gürcüstan Azərbaycandan 583 milyon dollarlıq məhsul idxal edib

19
Dek
18:36
thumb_down 0
55
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 583,61 milyon ABŞ dolları dəyərində mal və məhsullar idxal edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 12,60 milyon dollar və ya 2,2% çoxdur. 2022-ci ilin ilk 11 ayı ərzində Gürcüstanın Azərbaycandan idxalı 571,01 milyon dollar təşkil edib. Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,2%-ni təşkil edib.

Bu il Gürcüstanın əsas idxal tərəfdaşı Türkiyə olub - 2 milyard 326,22 milyon dollar. İlk üçlüyün digər ölkələri isə müvafiq olaraq ABŞ (1 milyard 769,69 milyon dollar) və Rusiya (1 milyard 589 milyon dollar) olub. Azərbaycan bu il Gürcüstanın 6-cı əsas ticarət tərəfdaşı olub.

Cari ildə Gürcüstanın ümumi idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 16,1% artaraq 14 milyard 28 milyon dollar təşkil edib.