Güneyli fəal həbs edilib - FOTO

19
Dek
21:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güneyli milli fəal Salar Tahir Əfşar bu gün Urmiya şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, ETTELAAT qüvvələri məhkəmə qərarı olmadan milli fəalın atasının evinə basqın ediblər və evdə qanunsuz axtarış edərək onu həbs ediblər.

Qeyd edək ki, hələlik onun həbs səbəbi ilə bağlı dəqiq məlumat yoxdur.