Çoxmərtəbəli binanın inşası yaxınlıqdakı yaşayış evini qəzalı vəziyyətə salıb - VİDEO

20
Dek
02:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Belə ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 7B ünvanında yerləşən çoxmərtəbəli binanın inşası zamanı yaxınlıqdakı evin divarlarında iri çatlar yaranıb.

Şikayətçi Sevinc Həsənovanın sözlərinə görə, hadisə binanın bünövrəsi atılarkən silkələnmə səbəbindən baş verib.

Dəymiş zərəri qarşılamaq üçün isə ona şirkət tərəfindən min manat məbləğində vəsait ödənilib.

Zərərçəkmiş həmin məbləğlə problemin həll olunmadığını qeyd edib.

Daha ətraflı “ATV Xəbər”in süjetində: