UNICEF Qəzzada uşaqları bombardmanlardan daha çox öldürən səbəbi açıqladı - FOTO

20
Dek
15:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağında həyat üçün zəruri məhsulların çatışmazlığı nəticəsində yaranan xəstəliklərdən uşaq ölümlərinin sayı İsrailin anklavı bombalaması nəticəsində ölənlərin sayından çox ola bilər.

seher.media-ın məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elder bildirib.

“İçməli su, qida və şəxsi gigiyena vasitələri kifayət qədər olmasa, (Qəzzada) xəstəlikdən uşaq ölümləri bombardmanlar nəticəsində ölənlərdən çox ola bilər”, - deyə UNICEF-in mətbuat xidməti sosial media səhifəsində bildirib.

O, yalnız humanitar atəşkəslə bu yardımın çatdırıla biləcəyini vurğulayıb.