Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, “Mercedes” markalı avtomobil iki piyadanı vurub. Bakı şəhər sakini 2005-ci il təvəllüdlü N.Hüseynova hadisə yerində ölüb, digər piyada İ.Sadıqzadə isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.