Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarındakı hesablarından 20 000 manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.