Cəlilabadın Boyxanlı kəndində sürüşmə zonası hesab olunan təpədə iri torpaq layları yaşayış evlərinə doğru hərkət edib.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə əmələ gəlmiş iri çatlara yağış sularının dolması buradakı sürüşməni daha da aktivləşdirib. Nəticədə də sürüşmə zonasının mərkəzində nəhəng çökəklik əmələ gəlib.
Sürüşmə zonasının qarşısında yerləşən 10-a yaxın evdə artıq təhlükəli vəziyyət yaranıb.
Bəzi tiklilərin divarlarında iri çatlar da əmələ gəlib.
Ətraflı süjetdə: