Bazarda 60 yaşlı satıcı anidən öldü

21
Dek
23:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda satıcı iş zamanı qəfil ölüb.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında qeydə alınıb. 60 yaşlı Əliyev Rəfael Saleh oğlu qəflətən halı pisləşərək yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Kişinin ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.