Bakıda qəza: Ana və oğlu xəsarət aldılar

22
Dek
09:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü Elmira Böyükağa qızı İsmayılova və övladı, 1995-ci il təvəllüdlü Süleyman Ağabəy oğlu İsmayılov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.