Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22
Dek
09:36
thumb_down 0
155
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Rəşad Məsim oğlu Məmmədovu özünə müşavir təyin edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bununla da, onun müşavirlərinin sayı 4-ə çatıb.

R.Məmmədov bundan əvvəl “PAŞA Bank” ASC-də çalışıb, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru işləyib.