Bakıda maşın yük avtomobilinə çırpılıb: Xəsarət alan var - FOTO

22
Dek
10:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsinə gedən istiqamətində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Bir nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb.

Hadisənin səbəbləri araşdırılır.