Azərbaycan Mərkəzi Bankına səhmdar cəmiyyətlərinə dair yeni səlahiyyət verilib

22
Dek
17:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti 23 dekabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki Məcəllənin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” və 13 fevral 2006-cı il tarixli “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda səhmdar cəmiyyətinin nizamnamə kapitalının minimum həddini Azərbaycan Mərkəzi Bankı müəyyən edəcək.