Pakistanın Ali Məhkəməsi İmran Xanı zaminə buraxıb

22
Dek
19:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanın Ali Məhkəməsi “Dövlət sirləri aktını” pozmaqda həbsdə olan keçmiş baş nazir İmran Xanı və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşini zaminə buraxıb.

Bu barədə yerli mediada xəbər yayılıb.

Bildirilir ki, ali məhkəmə instansiyasının qərarı gözlənilməz olub.

Məhkəmənin hökmünə əsasən, onların hərəsi bir milyon Pakistan rupisi dəyərində girov qoyub.

Bundan əvvəl məlum olub ki, Pakistanın keçmiş baş naziri İmran Xan fevralın 8-də ölkədə keçiriləcək parlament seçkilərində irəli sürəcək.