Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində silah tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “AK-74” markalı avtomat aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən doqquz ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.
Oğuz rayonunda da sakinlər odlu silahları polisə könüllü təhvil veriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri biri yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları iki ov tüfəngini könüllü olaraq təhvil veriblər.