İranda 11 ay ərzində 700-dən çox məhbus edam edilib - FOTO

22
Dek
22:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İranın Taybad və Xürrəmabad şəhərlərinin zindanlarında iki məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, məhbuslardan biri narkotik qaçaqmalçılığı, digəri isə qəsdən adam öldürməkdə ittiham edilib.

İranda İnsan Haqları Təşkilatı son 11 ay ərzində 700-dən çox məhbusun edam olunduğunu bildirib.