Abşeronda evdən meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.