Bakıda keçmiş zavod ərazisində yanğın baş verib - FOTO

24
Dek
00:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsi 33 ünvanındakı keçmiş oyuncaq zavodunun ərazisində qeydə alınıb.

Hazırda mebel sexi kimi fəaliyyət göstərən obyekt qəfil alovlanmağa başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin altı texnikası və canlı briqadası cəlb edilib.

Ümumi sahəsi 100 kvadratmetr olan taxta sexinin 30 kvadratmetrdə olan taxta məmulatları yanıb. Alovun bitişik sexlərə keçməsinin qarşısı alınıb. Taxta məmulatları yanğından mühafizə edilib.

Yanğına elektrik lövhəsində küləyin təsiri ilə yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.