Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yeniqışlaq kənd sakini E.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.