Bugün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi tərəfindən mükafatlandırılıblar.
seher.media xəbər verir ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümünəvi sürücü adı qazanan 37 sürücüyə müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak ediblər və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.
İl ərzində mütamadi olaraq keçirilən tədbirin məqsədi sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda təhlükəsizliyi təmin etməkdir.