Lənkəranda çağırışa gedən təcili yardım avtomobilinin üzərinə ağac düşüb - YENİLƏNİB + VİDEO

25
Dek
01:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda külək ağacı çağırışa gedən təcili tibbi yardım avtomobilinin üzərinə aşırıb. Avtomobilə ziyan dəyib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə güclü külək Lənkəran rayonunun Sütəmurdov və Separadi kəndlərində ağacları yola aşırıb. Hazırda həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Güclü külək davam edir.

00:25

Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

20:24

Qazax şəhərində güclü külək iri gövdəli ağacı aşırıb, transformator və avtomobilə zərər dəyib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhər, Bakı küçəsində qeydə alınıb.

Əsən güclü külək nəticəsində iri gövdəli şam ağacı aşaraq yaxınlıqdakı avtomobilə və transformatorun üzərinə düşüb. Hadisə nəticəsində avtomobillə və elektrik təsərrüfatına zərər dəyib. Hazırda ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.

Gəncədə də güclü külək əsir. Axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyri-sabit hava Ağstafa və Tovuz rayonunun infrastrukturuna da ziyan vurub. Bölgədə bəzi ərazilərdə, kəndlərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəmkirdə külək rayon mərkəzində və kəndlərdə evlərin dam örtüyünü dağıdıb.

Yaranmış problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər aparılır.

Qeyd edək ki, qərb bölgəsində küləkli hava şəraiti davam edir.