Bayram süfrələrini hazırlamaq üçün “yaxşı bazarlıq” etmək vacibdir. Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün Yeni il süfrəsi neçəyə başa gəlir?
Xezerxeber.az-ın məlumatına görə, orta statistik dörd nəfərlik ailə bayram süfrəsini standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyirsə ən azı 100 manat ödəməlidir. Əlavə xərclər meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur.
Qiymətlərə gəldikdə, bazarda ərik 11-15 manat, albuxara 8-10 manat, ədviyyatın qiyməti isə çeşidinə görə dəyişir. Kənd toyuğunun kiloqramı 9 manatdan təklif olunur. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-23 manat arasında dəyişir. Bayram ərəfəsində balıq bazarında da canlanma var. Qiyməti isə dörd manatdan başlayır və 45 manatda yekunlaşır.
Daha ətraflı süjetdə: