Ağstafada külək obyektin dam örtüyünü aşırıb, xəsərət alan var

25
Dek
08:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada külək ciddi fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, külək gecə saatlarında rayon ərazisində yerləşən obyektin dam örtüyünü yerə atıb.

Bu zaman ərazidə olan 1998-ci il təvəllüdlü Etiram Novruzov ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. E.Novruzova ayağının (dabanın) qırığı diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Bundan başqa güclü külək rayonda bir neçə irigövdəli ağacı və evlərin dam örtüklərini aşırıb.