Gəncə şəhər Müseyib Bağırov küçəsində yerləşən Gəncə şəhər 57 saylı Telekommunikasiya ərazisində naqillərdə qısaqapanma səbəbindən yanğın olub.
“Report”un məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.