Sumqayıtda 11 yaşlı uşağı maşın vurub.
APA xəbər verir ki, hadisə şəhərin Çerkası küçəsində baş verib.
KIA markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Xədicə Ramiz qızı Soltanovanı vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yük maşınına çırpılıb.
Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi qiymətləndirilir.
Fakt araşdırılır.