Qusarda qadın faciəli şəkildə ölüb

25
Dek
21:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda qadın faciəli şəkildə ölüb.

seher.media-ın məlumatına görə, hadisə rayonun Avaranqışlaq kəndində baş verib.

Güclü külək nəticəsində evin divarı qadının üzərinə aşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 24-də, saat 16 radələrində Qusar rayonu, Cağar-Qışlaq kənd sakini 1979-cu il təvəllüdlü Valentina Ramazanovanın üzərinə daş hasarın aşması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Könül Cəfərli