Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

26
Dek
08:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında 3 kvadratmetr sahədə ev əşyaları yanıb, yüksək temperaturdan bir ədəd plastikdən ibarət qapı və bir ədəd pəncərə qarsalanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.