Nazirlik əməkdaşları dərinliyi beş metr olan quyudan iti xilas ediblər

26
Dek
09:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Xəzər rayonu ərazisində quyuda itin köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

Daxil olmuş məlumatla bağlı FHN-in xilasediciləri hadisə yerinə cəlb olunublar və su quyusunda qalan iti xilas ediblər.