Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

27
Dek
03:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“Ford” markalı 90 CY 719 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyada, Tovuz rayonu Qaraxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Əli Ələmdar oğlu Məmmədovu vurub.

Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.