Ağır xəstəliklə mübarizə aparan şəxs: “Övladlarımı yerbəyer etmədən dünyadan köçmək istəmirəm” - FOTO

27
Dek
10:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

62 yaşlı Tağıyev Kamil ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə seher.media-a o özü məlumat verib.

O qeyd edib ki, artıq bir ilə yaxındır, düz bağırsaq xərçəngi ilə mübarizə aparır:

“Bu ilin yanvar ayında ağır xəstəliyə düçar olduğumu öyrəndim. Hazırda düz bağırsağın yayılmış karsinoması (parçalanma mərhələsi) diaqnozu ilə müalicə alıram. Fevralın 4-də əməliyyat edilərək kolostoma qoyuldu. Bu, özlüyündə mənə böyük problemlər yaradır. Dərmanlardan əlavə bu vəziyyətlə bağlı istifadə etdiyim avadanlıqların da xərcləri xeyli yüksəkdir.

Bundan əlavə, şəkər xəstəsiyəm. Hazırda ağciyərimdə yaranmış problemlərlə də əlaqədar müalicə alıram. Ay ərzində təkcə ağciyərimdəki trombların aradan qaldırılması üçün istifadə etdiyim bir iynənin xərci 500 manata yaxındır. Həkimlər bir müddət xərçəngin müalicəsinə trombla bağlı fasilə versələr də, hazırda yenidən kimyaterapiya kurslarına başlamışıq.

Hər iki xəstəliyin birgə müalicəsini qarşılamaq çox çətindir. Bütün bunları qarşılamaq üçün ay ərzində əvvəllər 1500 manat lazım olurdusa, indi tələb olunan vəsaitin həcmi artıb. Hər ay ən azı 2000-2500 manat civarında müalicə üçün pul xərcləyirik. Hazırda xəstəlik vəziyyətimi xeyli ağırlaşdırıb. Bu durumdan çıxmaq üçün müalicələrin davamlı və ciddi şəkildə aparılması şərtdir. Təəssüf ki, bu qədər xərci qarşılamağa imkan yoxdur. İki övladım var. Onları yerbəyer etmədən dünyadan köçmək istəmirəm. Övladlarım çox çalışırlar ki, mənim müalicəmi qarşılaya bilsinlər. Lakin bu o qədər xərc tələb edən xəstəlikdir ki, dağ olsa, dayanmaz”.

Leo Bank: 4098 5844 5882 9916.

Əlaqə nömrəsi: (055) 816-16-27.