Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırılıb

27
Dek
18:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməməyi tövsiyə olunub.

Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.