Sumqayıt Dövlət Universitetinə TƏYİNAT - FOTO

27
Dek
20:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elşad Abdullayev Sumqayıt Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

“Report” xəbər verir ki, E.Abdullayev 2009-2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində rektorun müşaviri vəzifəsinə təyin olunub.

2016-cı ildə isə “Nüvə kimyası” ixtisası üzrə dosent elmi adı alıb. Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən bir patent və 26 məqaləsi) çap edilmişdir. 2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

2022-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.