Azərbaycan tarının vurğunu olan avstraliyalı - VİDEO

27
Dek
21:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan musiqisinin heyranı olduğunu deyən avstraliyalı tanınmış musiqiçi və tar ifaçısı Con Varley ölkəmizə olan sevgisini hər cümləsində vurğulayır.

Xezerxeber.az-ın məlumatına görə, o ilk dəfə ölkəmizə beynəlxalq musiqi festivalı zamanında gəlib. Elə bu vaxtdan da həm dilimizə, həm də musiqimizə marağı yaranıb.

Avstraliyalı musiqiçi Azərbaycan tarına olan sevgisinin necə yarandığını, ona tarı kimin öyrətdiyini də deyib. Varleyin sözlərinə görə, musiqini başa düşmək üçün dil vacib amillərdən biridir.

Əcnəbi musiqiçinin sözlərinə görə, tara olan sevgi onda ani baş verib. Tarda ifa etməyə qərar verdikdən sonra ilk öyrəndiyi əsər “Bayatı-Şiraz” olub. Ondan sonra isə Azərbaycanın milli musiqilərindən bir neçəsini də öyrənib.

Daha ətraflı süjetdə: