Əməliyyat üçün mal-qaralarını, yük maşınlarını satsalar da, pulları hələ də çatmır - FOTO

28
Dek
10:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

6 yaşlı Turan qaraciyər sirrozundan əziyyət çəkir.

Bu barədə seher.media-a onun anası Kərimova Gülnar məlumat verib.

O bildirib ki, övladının müalicəsi üçün 50 000 dollar lazımdır.

“Turan üç ildir qaraciyər sirrozundan əziyyət çəkir. Hazırda ona Türkiyədə donor tapılıb. Əməliyyat üçün isə 50 000 ABŞ dolları lazımdır. Özümüz mal-qaramızı satmışıq, atam isə yük maşınını satıb. Hazırda əməliyyat üçün lazım olan məbləğin 10 000 dolları çatmır”.

Gülnar Kərimova yardımsevər şəxsləri övladına dəstək olmağa çağırıb.

“Biz ötən il əməliyyat üçün Türkiyəyə yollandıq. Əslində o dövrdə əməliyyat üçün lazım olan məbləği sizin izləyicilərinizin dəstəyi ilə toplamışdıq. Həkimlər Tunarın əməliyyata hazır olmadığını, müalicə olunmasının gərəkliyini bildirdilər. Buna görə də əlimizdə olan məbləğin bir hissəsini yenidən müalicə üçün xərcləməli olduq. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını, övladımı bu yolda yarıda buraxmamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 797-19-98.