Bakıda avtomobil piyadanı vuraraq öldürüb

28
Dek
11:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Pərviz Mirzəli oğlu Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada Faiq Oruc oğlu İbrahimovu vurub. Nəticədə piyada aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.