Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində ağaclar kəsilib.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda ağacların kütləvi şəkildə kəsildiyi və həmin torpaqların qanunsuz olaraq satışa çıxarıldığı iddia edilib.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə ağaclar yandırılıb:
“Ərazidə yandırılan ağacların əvəzinə dərhal yeniləri əkilib. Həmçinin faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”.
Könül Cəfərli