İsmayıllıda xoş olmayan mənzərə: Zibili hara ataq? - VİDEO

29
Dek
01:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunun Cülyan kəndindən keçən suvarma-beton kanalının ətrafı və ərazidəki yaşayış məhəlləsi tullantılarla doludur.

Sakinlər Xezerxeber.az-a bildiriblər ki, konteynerlər olmadığından tullantıları çay kənarına, ağacların dibinə, boş ərazilərə, arxlara, yol kənarlarına atırlar. 

Mövcud vəziyyət kanalın ətrafında yaşayan insanların səhhətinə mənfi təsir göstərir.

Kənd bələdiyyəsindən verilən məlumata görə, sözügedən ərazi onların balansında olmadığından zibil qutuları qoymaq mümkün deyil.

Daha ətraflı süjetdə: