Fələstinin HƏMAS hərəkatının hərbi liderlərindən biri Mərvan İssanın oğlu Məhəmməd İssa İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Bu barədə “The Jerusalem Post” nəşri məlumat verib.
İddia edilir ki, Mərvan İssa HƏMAS hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfin müavinidir və oktyabrın əvvəlində HƏMAS-ın İsrailə hücumunun planlaşdırılmasında mühüm rol oynayıb.
HƏMAS məsələ ilə bağlı açıqlama verməyib.