Sumqayıtda “Toyota Prius” daxil üç avtomobil toqquşdu: Xəsarət alanlar var - VİDEO

29
Dek
23:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

“Toyota Prius”, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.