Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var

30
Dek
00:02
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlunatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub.

Hadisə zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.