Balaca Zəhranın anası fəryad edir: “Bint almağa belə pulum qalmayıb” - FOTO

30
Dek
11:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balaca Zəhranın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Şəbnəm Abbasova məlumat verib.

O bildirib ki, övladı noyabrın 4-də üzərinə qaynar su tökülərək yanıb.

“Zəhra bir yaş 7 aylıqdır. Noyabrın 4-də evdə qaynar çayniki üzərinə çəkərək özünü yandırıb. Həmin gün dərhal xəstəxanaya yollandıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirdilər. Hazırda müalicələri davam etdirmək üçün maddi dəstəyə ehtiyacımız var. İnanın, dörd gündür ki, bintimiz olmadığından Zəhranın sarğılarını dəyişə bilmirəm. Hazırda həkimin yazdığı mazları və dərmanları almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaq: (099) 351-56-54.